“Azərreyl” klubu daha bir voleybolçunu heyətinə qatıb.
Oxu.Az xəbər verir ki, millimizin ukraynalı legioneri Anastasiya Bessonova klubla müqavilə bağlayıb.
Son komandası Rumıniyada “Alba” olmuş 21 yaşlı voleybolçu ilə bir mövsümlük müqaviləyə imza atılıb.

Bununla da, “Azərreyl”in yeni il üçün heyətinə qatdığı oyunçuların sayı altıya çatıb. Flaqman daha öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqavilənin müddətini artırıb, slovakiyalı Romana Hudetsova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə bir illik anlaşma əldə edib.