Mingəçevir şəhərində 30-31 oktyabr tarixlərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Avropa Olimpiya Həftəsi çərçivəsində “BeActive” (“Fəal ol”) devizi altında bir sıra tədbirlər keçirilib.
Oxu.Az-ın xəbərinə görə, oktyabrın 30-da uzaq məsafəyə qaçış (1 km), xüsusi Olimpiya proqramı üzrə uşaqlar üçün oyunlar, ardınca isə avarçəkmə yarışları keçirilib.
Yarışın “Kür” Olimpiya Tədris-İdman Mərkəzində uşaqlar arasında baş tutan estafet yarışlarını 2012-ci ilin üzgüçülük üzrə Paralimpiya çempionu Natali Pronina keçirib.