Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/4 final oyununda Azərbaycanın minifutbol millisi Bolqarıstan kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma milli komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qələbə sayəsində millimiz turnirin yarımfinalına yüksəlib.
Komandamızın heyətində 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov, 36-cı dəqiqədə isə Mirmehdi Rzayev fərqləniblər.
Millimiz yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Bu görüş noyabrın 3-də baş tutacaq.
21:55
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/4 final oyununda Azərbaycanın minifutbol millisi Bolqarıstan kollektivi ilə üz-üzə gəlir.
Bolqarıstan millisi hesab arasında fərqi azaldıb. Hesab 3:1 millimizin xeyrinədir.
21:40
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/4 final oyununda Azərbaycanın minifutbol millisi Bolqarıstan kollektivi ilə üz-üzə gəlir.
Qarşılaşmanın ikinci hissəsi start götürüb.
21:36
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/4 final oyununda Azərbaycanın minifutbol millisi Bolqarıstan kollektivi ilə üz-üzə gəlir.
Qarşılaşmanın ilk hissəsi 0:0 hesabı ilə başa çatıb.
21:09
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/4 final oyununda Azərbaycanın minifutbol millisi Bolqarıstan kollektivi ilə üz-üzə gəlir.
Oxu.Az xəbər verir ki, hakimin start fiti ilə qarşılaşma başlayıb.
Azərbaycan komandası əvvəlki mərhələdə Portuqaliyanı (3:0), rəqib isə İngiltərəni (2:1) mübarizədən kənarlaşdırıb. Milli qrup mərhələsində Misir, İraq və Küveyti, bolqarlar isə Oman, Monteneqro və Yaponiyanı məğlub ediblər.