Futbol üzrə Misir milli komandasının bu il keçiriləcək dünya çempionatı üçün yekun heyəti rəsmən açıqlanıb.
Oxu.Az xəbər verir ki, məşqçilər korpusu tərəfindən müəyyənləşdirilən geniş siyahıya ümumilikdə 27 futbolçunun adı daxil edilib.
Qapıçılar: Məhəmməd Al-Şennavi, Mustafa Şubeyr, Al-Mehdi Süleyman, Məhəmməd Alaa.
Müdafiəçilər: Məhəmməd Hani, Tarek Alaa, Həmdi Fəthi, Rami Rabia, Yasser İbrahim, Hossam Abdulmacid, Məhəmməd Abdul Monem, Karem Hafez, Ahməd Fattuh.
Yarımmüdafiəçilər: Marvan Attiyah, Mohannad Laçin, Nabil Emad Dunqa, Mahmud Saber, Əhməd Said, Emam Aşur, Mahmud Trezeqe, İbrahim Adel, Mustafa Ziko, Məhəmməd Salah, Heytam Hasan.
Hücumçular: Omar Marmuş, Aktay Abdallah, Hamza Abdulkarim.
Xatırladaq ki, Misir yığması turnirin qrup mərhələsində Belçika, Yeni Zelandiya və İran milliləri ilə qüvvəsini sınayacaq. Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində baş tutacaq nəhəng futbol bayramına ABŞ, Kanada və Meksika ortaq sahiblik edəcək. Ümumilikdə isə mundiala 48 komanda qatılacaq.