Misir millisinin hücumçusu Mustafa Ziko 2026-cı il dünya çempionatının 1/8 finalında Argentina yığmasına qarşı keçirilən matçın baş hakimini sərt tənqid edib.
Oxu.Az bu barədə Sport24.ru saytına istinadən xəbər verir.
Qarşılaşmanın 58-ci dəqiqəsində Ziko topu rəqib qapısından keçirsə də, oyunun baş hakimi Fransua Leteksye VAR-a baxdıqdan sonra qolu ləğv edib. Buna səbəb qol epizodundan əvvəl misirli Marvan Attianın argentinalı Lisandro Martinesin ayağına basması olub.
"Hakim dürüst davranmadı. O, elə ilk dəqiqədən meydana bizim məğlub olmağımızı təmin etmək məqsədilə çıxmışdı. Biz Misir xalqını sevindirmək istəyirdik, lakin sonda Argentinanı dünya çempionatındakı qələbəsi münasibətilə təbrik etməli oluruq.
Bu turnir ssenariləşdirilib və onların növbəti oyunları keçirməyinə artıq heç bir ehtiyac yoxdur. Hakim bütöv bir ölkənin arzusunu məhv etdi. O, bizi sadəcə Argentinaya qalib gəlməyimizə icazə olmadığı üçün qurban verdi" , - deyə futbolçu iddia edib.