"Yaponiyanın "Toyota" avtokonserni Texasda 3.6 milyard dollar dəyərində zavodun tikiləcəyini elan edib. Pikap tipli "Tacoma" modellərinin istehsalının böyük hissəsi oraнya köçürüləcək".
Oxu.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" platformasında yazıb:
"Toyota" şirkəti Meksikadan Amerika Birləşmiş Ştatlarına (Texasa!) köçür. Bu, həqiqətən də çox mühüm hadisədir. Tariflər işləyir!" , - deyə o vurğulayıb.
San-Antonio şəhərind inşa ediləcək yeni zavodun sahəsi 232 min kvadratmetr təşkil edəcək. Tikinti işlərinin artıq 2030-cu ildə başa çatdırılması planlaşdırılır və müəssisə təxminən 2 000 yeni iş yerinin yaradılmasına imkan verəcək.
Xatırladaq ki, ABŞ 2025-ci ilin yazında idxal olunan avtomobillərə və ehtiyat hissələrinə 25%-lik rüsumlar tətbiq edib.