Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatına bir qızıl, iki gümüş medalla başlayıblar.
Oxu.Az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə millinin üç üzvü fəxri kürsüyə qalxıb.
Emin Cavadlı (55 kq) finalda ermənistanlı Edqar Petrosyana "tuş"la qalib gələrək Avropa çempionu olub.
Cavidan Nehmətov (77 kq) finalda ermənistanlı Samvel Terteryana (0:4), Orxan Hacıyev (87 kq) isə rusiyalı Mixail Şkarinə (0:10) məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə çıxıblar.
Museyi-Kazım Hüseyn (130 kq) bürünc medal görüşündə türkiyəli Üzeyir Bostana ilk xal prinsipinə əsasən (1:1) uduzub.