Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Şamaxı" səfərdə "Sumqayıt"ı məğlub etdi
Misli Premyer Liqasının XXX turunda daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qəbələsi ilə yekunlaşıb.
"Gənclik şəhəri" təmsilçisində 9-cu dəqiqədə Roi Kehat fərqlənib. Bölgə klubunda 57-ci dəqiqədə Maykl Tuik, 60-cı dəqiqədə Alfons Msanqa adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Şamaxı" yeddinci pilləyə yüksəlib. 29 xalı olan "Sumqayıt" səkkizinci sıraya düşüb.
Günün ilk matçında "Turan Tovuz" evdə "Sabah"ı məğlub edib - 2:1.
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Səbail"i 4:1 hesabı ilə üstələmişdi. Tura aprelin 13-də yekun vurulacaq.
"Sabah" Misli Premyer Liqasında "Turan Tovuz"a uduzub.
Oxu.Az xəbər verir ki, XXX turun oyunu Tovuz şəhər stadionunda keçirilib.
Qarşılaşma meydan sahibinin qələbəsi ilə bitib - 2:1.
14-cü dəqiqədə qonaqların heyətində Anatoli Nuriyev hesabı açıb. Bundan beş dəqiqə sonra "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.
45+2-ci dəqiqədə paytaxt təmsilçisinin futbolçush Pavel Şafranko eyni aqibəti yaşayıb. Bölgə klubunun heyətində 56-cı dəqiqədə Ayxan Hüseynov, 57-ci dəqiqədə Joarlem Santos fərqləniblər.
Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran "Turan Tovuz" dördüncü pillədəki mövqeyini qoruyub. "Sabah" 36 xalla beşincidir.
Günün saat 19:15-də start götürəcək matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək.
Qeyd edək ki, ötən gün "Qarabağ" "Səbail"i 4:1 hesabı ilə üstələyib. Tura aprelin 13-də yekun vurulacaq.
Misli Premyer Liqasında XXX turun daha iki oyunu bu gün keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək.
FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək. Tovuz klubu 44 xalla dördüncü, qonaqlar 36 xalla beşinci pillədə qərarlaşıb.
Günün ikinci görüşü Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Şamaxı" ilə üz-üzə gələcək. Baş hakim Rəvan Həmzəzadə olacaq. "Gənclik şəhəri" təmsilçisi 29 xalla yeddinci, bölgə klubu 28 xalla səkkizinci sıradadır.
Misli Premyer Liqası
IV dövrə, XXX tur
12 aprel
17:00. "Turan Tovuz" - "Sabah"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz şəhər stadionu
19:15. "Sumqayıt" - "Şamaxı"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Səbail"i 4:1 hesabı ilə üstələyib. Tura aprelin 13-də yekun vurulacaq.
"Azərbaycan Premyer Liqası (Misli Premyer Liqası)" teqi üzrə xəbərlər
- Qurban Qurbanov "Barselona"nın düşərgəsinə yollanıb
- "Neftçi" Azərbaycan çempionatlarında yeni rekorda imza atıb
- Azərbaycan futbolunun tez parlayıb sönən "ulduz"ları
- 2024-2025-ci illər mövsümünün qalibi olan "Qarabağ" komandası mükafatlandırıldı
- Azər Bağırov: "Birinci hissədə meydanda yaxşı "Kəpəz" gördük"