Misli Premyer Liqasının XIII turunda "Neftçi" səfərdə "Turan Tovuz"la bərabərə qalıb.
Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb.
24 xalı olan "Turan Tovuz" turnir cədvəlində üçüncü sırada yer alıb. "Neftçi" isə 16 xalla yeddincidir.
Bakı klubu cari mövsüm Premyer Liqada rəqibləri ilə ən çox heç-heçə edən komandadır (7 dəfə).
Qeyd edək ki, turun açılış görüşündə "Zirə" səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 30-da yekun vurulacaq.
Misli Premyer Liqasının XIII turunun ilk qarşılaşması keçirilib.
Oxu.Az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan oyunda "Zirə" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.
"Zirə"nin heyətində Leroy Mikels (62-ci dəqiqə) və İssa Cibrilia (84) fərqləniblər.
Bu nəticədən sonra "Zirə" 26 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. 6 xala malik "Kəpəz" onuncudur.
Misli Premyer Liqasında XIII tura bu gün start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Açılış qarşılaşmasında "Kəpəz" "Zirə"ni qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək.
Gəncə təmsilçisi 6 xalla 10-cu, "Zirə" isə 23 xalla ikinci pillədə qərarlaşıb.
Günün ikinci oyununda "Turan Tovuz" klubu öz meydanında "Neftçi" komandası ilə üz-üzə gələcək. Bu matç saat 18:30-da başlayacaq.
Tovuz təmsilçisi 23 xalla üçüncü, "Neftçi" komandası isə 15 xalla səkkizinci sıradadır.
Misli Premyer Liqası
XIII tur
28 noyabr
14:00."Kəpəz" - "Zirə"
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Yevlax şəhər stadionu
18:30."Turan Tovuz" - "Neftçi"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu