Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Premyer Liqa: "Zirə" "Kəpəz"ə qalib gəldi
Misli Premyer Liqasının XXIV turundan təxirə salınmış oyunda "Zirə" "Kəpəz"ə qalib gəlib.
Oxu.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib.
Hesabı 62-ci dəqiqədə Rafael Utziq açıb. 90+2-ci dəqiqədə Rüstəm Əhmədzadə yekun hesabı müəyyənləşdirib.
"Zirə" hazırda turnir cədvəlində 45 xalla ikincidir. Doqquzuncu pillədə qərarlaşan "Kəpəz"in isə 19 xalı var.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" "Səbail"lə (0:0), "Qarabağ" "Sabah"la (1:1) heç-heçə edib."Turan Tovuz" səfərdə "Şamaxı"nı, "Neftçi" isə "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib.
Bu gün Misli Premyer Liqasında qar səbəbindən təxirə salınmış "Zirə" - "Kəpəz" görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki, XXIV turun təxirə salınmış qarşılaşması saat 16:00-da start götürəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" " Sumqayıt"ı (1:0) , "Turan Tovuz" isə "Şamaxı"nı minimal hesabla məğlub edib (1:0). "Qarabağ" - "Sabah" qarşılaşması 1:1 hesabı, "Araz-Naxçıvan" "Səbail" görüşü isə qolsuz heç-heçə ilə başa çatıb (0:0).
24 fevral
Misli Premyer Liqası
XXIV tur
Saat 16:00, "Zirə" - "Kəpəz"
"Turan Tovuz FK" teqi üzrə xəbərlər
- Böyükağa Ağayev: "Turan Tovuz" və AFFA arasında baş verənlərdə federasiya haqlı tərəf idi"
- AFFA-dan "Turan Tovuz"a bəyanatı ilə bağlı XƏBƏRDARLIQ
- Azarkeşsiz oyunlar: "Pul qazanmaq üçün işə gedən adam stadiona gəlib vaxt itirmək istəmir"
- "Qarabağ" və "Neftçi" azarkeşlərinə görə CƏZALANDIRILDI
- Dünyanın ən yaxşı gənc 100 yarımmüdafiəçisi: İki futbolçumuz siyahıdadır