Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ikinci oyununda "Zirə" "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma "qartallar"ın qələbəsi ilə yekunlaşıb - 3:2.
Ev sahibinin qollarını 8-ci dəqiqədə penaltidən Ruan Renato, 21-ci dəqiqədə Rikardo Martins, 83-cü dəqiqədə Davit Volkov vurublar.
"Sumqayıt"ın heyətində Nihad Əhmədzadə 39-cu, Keffel Resende 56-cı dəqiqədə fərqləniblər.
Xallarının sayını 15-ə çatdıran "Zirə" dördüncü pilləyə yüksəlib. "Sumqayıt" 8 xalla səkkizinci sıradadır.
Misli Premyer Liqasında IX turun ilk oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, turun açılış matçında "Qəbələ" səfərdə "Araz-Naxçıvan"la qarşılaşıb.
Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin heyətində İsmael Akinade 8-ci, İsaak Amoah isə 48-ci dəqiqədə fərqləniblər. Naxçıvan təmsilçisinin yeganə qolunu 36-cı dəqiqədə Mohamed Mara vurub.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Qəbələ" turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib. İki xalı olan "Araz-Naxçıvan" isə sonuncu - 12-ci sırada qalıb.
Bu gün Misli Premyer Liqasında IX turun oyunları start götürür.
Oxu.Az xəbər verir ki, turun ilk qarşılaşmasında "Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edəcək.
Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 15:00-da başlayacaq.
Günün digər matçında isə "Zirə" "Sumqayıt"la üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.
Misli Premyer Liqası
IX tur
23 oktyabr
15:00. "Araz-Naxçıvan" - "Qəbələ";
19:00. "Zirə" - "Sumqayıt".