“Mladost” – “Neftçi” oyununda gərgin anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, Monteneqronun paytaxtı Podqoritsada Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Mladost” və “Neftçi” arasında cavab qarşılaşması keçirilib.
Oyun 1:1 hesabı ilə bitib. Araz Abdullayev 71-ci dəqiqədə fərdi keçiddən sonra flaqmanı hesabda irəli çıxarıb. 91-ci dəqiqədə meydan sahibləri lazımi qolu vuraraq oyunda bərabərliyi bərpa ediblər və növbəti mərhələyə adlayıblar.
Lakin keçirilәn oyunun son dәqiqəlәrindә gәrgin anlar yaşanıb, meydançada dava olub.
Yaranan gәrginliyi hakimlәr aradan qaldıra bilib.
Elvin Əhmədov
www.oxu.az