Çernoqriyada Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Mladost” və “Neftçi” arasında cavab qarşılaşması keçirilib.
Oxu.Az xəbər verir ki, oyun 1:1 hesabı ilə bitib. Araz Abdullayev 71-ci dəqiqədə fərdi keçiddən sonra “flaqman”ı hesabda irəli çıxarıb. Bundan sonra “Neftçi”nin ikinci qolu vurması üçün bir neçə dəfə yaxşı imkanı olsa da, futbolçular bundan yararlana bilməyiblər. Əvəzində 91-ci dəqiqədə meydan sahibləri lazımi qolu vuraraq oyunda bərabərliyi bərpa ediblər və növbəti mərhələyə adlayıblar.
Xatırladaq ki, Bakıda keçirilən ilk oyun 2:2 hesabı ilə yekunlaşmışdı.
Qeyd edək ki, oyundan sonra futbolçular arasında dava düşüb.