Qarışıq döyüş növləri üzrə (MMA) döyüşçü Coş Cons rəqibi Entoni Spayrsı dördüncü saniyədə nokauta salıb.
Oxu.Az-ın məlumatına görə, video flocombat Instagram səhifəsində yerləşdirilib.
Döyüş “NEF 29: Stars and Stripes” turniri çərçivəsində keçirilirdi. Rəqiblər bir-birlərini salamlayıblar, və 28 yaşlı Cons elə ilk zərbə ilə Spayrsı nokauta göndərib. Hakim döyüşü dayandırıb.
Cons iki döyüşdə iki qələbə qazanıb. İlk döyüşdə o, rəqibini 20 saniyəyə nokauta salmışdı.
S.B.
www.oxu.az