Xorvatiyada MMA qaydaları ilə keçirilən “Fight Nation Championship” yarışında bosniyalı Adi Durakoviç və argentinalı Fransisko Barrio arasında döyüş cəmi doqquz saniyə davam edib.
Oxu.Az xəbər verir ki, Durakoviç referiyə yaxınlaşaraq döyüşə davam edə bilməyəcəyini bildirib.
Argentinalı döyüşçü heç bir zərbə endirmədən qələbə qazanıb.
Daha sonra Adi Durakoviç döyüşü sinəsindəki bərk ağrılara görə dayandırdığını açıqlayıb. Bosniyalının sözlərinə görə, oktaqondan çıxandan sonra o bir neçə dəfə huşunu itirib.
Qeyd edək ki, xəstəxanada həkimlər onda ciddi bir xəstəlik aşkar etməyib və idmançını evə göndərib.
