Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Modriçə Səudiyyə Ərəbistanından yeni təklif
“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç 2024-cü ilin yayında Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər.
Məlumata görə, Səudiyyə klubları cari müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq 38 yaşlı xorvatiyalı yarımmüdafiəçisini dəvət etmək fikrindən əl çəkməyib. Yeni təklifin dəqiq məbləği açıqlanmayıb.
KİV-in məlumatına görə, 2023-cü ildə Modriçə Səudiyyə Ərəbistanında üç il ərzində 300 milyon avro məbləğində müqavilə təklif olunub.
Qeyd edək ki, xorvatiyalı yarımmüdafiəçi 2012-ci ilin avqustundan “Real Madrid”də çıxış edir. Bu mövsüm o, Kral klubunun heyətində bütün turnirlərdə 22 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt Luka Modriçin cari transfer dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
Mənbə: championat.com