Futbol üzrə Mərkəzi Ordu İdman Klubununun baş məşqçisi Ramil Vaqif oqlu Əliyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib.
Oxu.Az-ın xəbərinə görə, MOİK Peşəkar Futbol Klubunun yeni baş məşqçisi Azər Bağırov olacaq.
MOİK-in rəhbərliyi və kollektivi Ramil Əliyevə gərgin və uğurlu fəaliyyətinə görə təşəkkür edib, tezliklə şəfa tapmasını, sağlamlığına qovuşmasını arzulayıb, Azər Bağırova isə yeni işində uğurlar diləyib.