Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
MOK Afinada İdman Bütövlüyü Həftəsində iştirak edir - FOTO
Noyabrın 27-29-da Yunanıstanın paytaxtı Afinada Beynəlxalq Olimpiya Komitəsi, INTERPOL, Avropa Şurası və UEFA-nın təşkilatçılığı ilə İdman Bütövlüyü Həftəsi - idman yarışlarında manipulyasiya ilə mübarizə mövzusunda tədbir öz işinə başlayıb.
Bu barədə Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat Xidməti məlumat yayıb.
Səkkiz ölkənin (Azərbaycan, Kipr, Gürcüstan, Yunanıstan, İsrail, Malta, Rumıniya, Türkiyə) dəvət olunduğu tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Əlaqələr idarəsinin müdiri Anar Bağırov, Gənclər və idman nazirliyinin (GİN) idman şöbəsinin aparıcı məsləhətçisi Fəzilə Ağayeva, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) oyunların toxunulmazlığı üzrə məsul şəxs və komissiyanın üzvü-ekspert Seymur Səlimli, hüquq şöbəsinin hüquqşünası və AFFA oyunların toxunulmazlığı üzrə komissiyanın üzvü Naib Əsədov, AFFA Qeydiyyat və Statistika şöbəsinin baş mütəxəssisi Seyran Kərimli iştirak edirlər.
Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun iştirakı ilə keçirilən iclasın ilk günündə danışılmış oyunlara qarşı mübarizənin əhəmiyyəti, yarışların manipulyasiyasına qarşı mübarizədə Olimpiya Hərəkatının və MOK-ların rolu xüsisi qeyd olunub.
Tədbirdə həmçinin danışılmış oyunlara qarşı mübarizədə UEFA və dürüst formada qərar verən peşəkarların, rəqabət manipulyasiyasının həllində hüquq-mühafizə orqanlarının və beynəlxalq polis əməkdaşlığının, rəqabət manipulyasiyasının həllində Avropa Şurasının və Milli platformaların rolu mövzusunda İdman Bütövlüyü Həftəsinin müzakirəsinə başlanılıb.
"AFFA" teqi üzrə xəbərlər
- Azərbaycan klubu çempionatdan kənarlaşdırıldı
- Rusiya seçməsi Azərbaycan millisi ilə oyun keçirmək istəyir
- Azərbaycanın daha bir bölgəsində yeni stadion inşa ediləcək
- Fernandu Santuş Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək
- "Şamaxı" klubunun futbolçusu oyun alveri ilə məşğul olduğunu etiraf edib