Milli Olimpiya Komitəsi Azərbaycan nümayəndə heyətinə davranış qaydaları barədə məlumat verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Milli Olimpiya Komitəsinin nümayəndəsi Səkinə Vəliyeva danışıb.
İdmançılar Tokio Olimpiadası müddətində sosial şəbəkələrdə paylaşdıqları postlara dair ehtiyatlı olmağa çağırılıb. Olimpiada ilə bağlı olmayan postların paylaşılmaması məsləhət görülüb.
AVRO-2020-də Kriştianu Ronaldunun “Coca Cola” brendinə qarşı etdiyi hörmətsizlik, sponsorlara qarşı nalayiq hərəkət Olimpiadada təkrarlanmamalıdır.
İdmançılardan rasist hərəkətlərə yol verməmək istənilib. Əks halda, onları diskvalifikasiya gözləyir. Həmçinin başqa ölkənin bayrağının qaldırılması da qadağan olunacaq.
Səbuhi Musayev