Arda Turan Vinçenzo Montellanı Türkiyə millisinin baş məşqçisi vəzifəsində əvəz edə bilər.
Oxu.Az xəbər verir ki, bu iddia ilə İtaliyanın "La Gazzetta dello Sport" nəşri çıxış edib.
Nəşr qeyd edir ki, Arda Turan Montellanın yerinə keçə biləcək ən güclü namizəddir.
Bildirilir ki, Montellanın istefası rəsmiləşərsə, italiyalı mütəxəssis 915 min avro məbləğində təzminat alacaq.
Türkiyə milli komandasının UEFA Millətlər Liqasında keçirdiyi 4 oyunun hamısında məğlub olmasından sonra baş məşqçi Vinçenzo Montella tənqid hədəfinə çevrilib.
Oxu.Az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) italiyalı mütəxəssislə bağlı yekun qərarını verib.
İddiaya görə, dünya çempionatında (DÇ-2026) qrupdan çıxa bilməyən və Millətlər Liqasında ardıcıl 4 məğlubiyyətindən sonra TFF prezidenti İbrahim Hacıosmanoğlu Montella ilə yolları ayırmaq qərarına gəlib.
Xəbərdə bildirilir ki, 2028-ci il Avropa çempionatının (AÇ-2028) sonuna qədər müqaviləsi olan Montellanın illik 2 milyon 200 min avroluq anlaşması var. TFF rəhbərliyinin italiyalı məşqçiyə 5 aylıq maaşı həcmində təzminat ödəyəcəyi iddia olunur.