Belçikanın "Genk" klubunda çıxış edən istedadlı yarımmüdafiəçi Kenan Harun Türkiyə Superliqasına düşmək üzrədir.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər ki, "Fənərbağça" türkəsilli belçikalı futbolçunu öz rənglərinə bağlamaqda maraqlıdır.
İstanbul nəhəngi 19 yaşlı perspektivli oyunçunun transferini reallaşdırmaq məqsədilə yay transfer pəncərəsində rəsmi addımlar atmağı planlaşdırır.
Hazırda Belçikanın U-19 yığmasının şərəfini qoruyan Kenanın Türkiyə milli komandasında forma geyinmək ehtimalı kifayət qədər yüksəkdir. Belə ki, Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella gənc yarımmüdafiəçi ilə şəxsən əlaqə saxlayaraq, onu ay-ulduzlu formanı geyinməyə dəvət edib.
Xatırladaq ki, futbolun sirlərinə "Anderlext"in məktəbində yiyələnən Kenan Harun, 2018-ci ildən etibarən "Genk"in akademiyasında inkişafını davam etdirir.
