Moskvada Avropa çempionu, dünyanın aparıcı şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş açıq şahmat turniri keçiriləcək.
Oxu.Az xəbər verir ki, turnir Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun və Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə aprelin 30-da, saat 16.00-da Moskva Millətlər Evində baş tutacaq.
Ünvan: m.Krasnıe vorota, Novaya Basmannaya küçəsi, 4s1. Moskva.
Turnirdə iştirak üçün ərizələrin qəbulu az-kultura@mail.ru ünvanı üzrə aparılır.
Turnir üçün qeydiyyatdan keçmək üçün aşağıdakı məlumatı bildirmək lazımdır:
- S.A.A a.
- telefon nömrəsi
Əlavə məlumat üçün 8 (965) 448-03-03 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.
