Ukraynanın baydarkada və kanoedə avarçəkmə üzrə yığmasının baş məşqçisi Aleksey Motov ukraynalı idmançıların digər ölkələrin yığmalarına keçməsini şərh edib.
Oxu.Az Xsport-a istinadən xəbər verir ki, Motov əsasən olimpiya çempionu İnna Osipenko-Radomskayanın bizim bayraq altında səs-küylü keçidinə toxunub.
“İdmançıya ölkədən-ölkəyə keçməsini qadağan edə bilmərik, axı bizdə təhkimçilik hüququ yoxdur. Bizim Federasiya Ukraynanı bütün beynəlxalq yarışlarda təmsil edir, və idmançılar ilə müqavilə bağlanmalı idi.
Əgər müqavilə bağlanıbsa, idmançı isə başqa bir yerə keçirsə, o zaman Federasiya idmançının hazırlanmasına sərf olunan məbləği və təzminat məbləğini digər Federasiyaya müraciət edərək bildirir.
Bu, məsələnin sivil yol ilə həllidir. İndi isə bu məsələ belə həll olunur: idmançının ürəyi istədi, yığışdı və getdi. Halbuki keçidin müəyyən beynəlxalq qaydaları mövcuddur.
Əvvəllər idmançı evlənməli və ya ərə getməli idi və vətəndaşlıq almalı idi, bu isə digər ölkəyə keçid üçün əsas idi. İndi Beynəlxalq Federasiya bu bəndi ləğv edib və keçid prosesi daha sərt olub.
Bu əhvalat bizdə çoxdandır, hələ Prokopenko və Bezuqlinin Azərbaycana cığır açdıqları dövrdən bəri. Azərbaycanlıların pulu nağd vermələri haqqında şayiə gəzirdi.
Osipenko-Radomskaya gəldikdə isə, Federasiyanın sabiq prezidenti Azərbaycana məktub yollayıb, məktubda idmançının Federasiyaya keçidinə etiraz etmədiyi bildirilib. Onunla münasibətimiz necədir?
Konkret olaraq mən, onunla salamlaşmıram, əri ilə isə danışıram. Onun keçidindən öncə müsahibədə bu məsələyə toxundum, o isə incidi və dedi ki, bilmədiyim şeylər var. Mən nə demişəm ki? Demişəm ki, Londondakı Olimpiadadan sonra başqa bir ölkə axtaracağını deməli idi, bu, onun tərəfindən düzgün olardı.
Bu, normaldır, axı o Ukrayna üçün edə biləcəyini etdi. Amma KİV-də belə bir rezonans var idi, çünki o qalmaqal ilə getdi, guya ki, dövlət onun təlimlərini maliyyələşdirmədi. Nazirlik ki, ona düşən hər şeyi aldığını rəsmi olaraq təsdiq etdi”.
F.H.
www.oxu.az