Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platini Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Yozef Blatterdən iki milyon İsveçrə frankı aldığını etiraf etdi.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters bildirib.
Onun sözlərinə görə, pullar Beynəlxalq Futbol Federasiyasında müqavilə ilə iş üçün alınıb.
“Bu məbləğ mənim FİFA ilə müqaviləyə müvafiq olaraq apardığım iş ilə əlaqədardır. Mən hakimiyyət ilə bütün məsələləri aydınlaşdırmağın mümkün olduğuna şadam”, - Platini bəyan edib.