İsveçrə prokurorluğu FİFA-nın hazırkı prezidenti Yozef Blatterə qarşı cinayət işi açıb.
Oxu.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sentyabrın 25-də Y. Blatter prokurorluq əməkdaşları tərəfindən dindirilib.
Bir qədər əvvəl isə onun mətbuat konfransı naməlum səbəbdən ləğv edilib.
İsveçrə prokurorluğunun məlumatına görə, FİFA prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.
Y.Blatterin ofisində axtarış həyata keçirilib və bütün sənədlər götürülüb.