Portuqaliyalı məşqçi Joze Mourinyo “Roma”nın sükanı arxasında ilk mətbuat konfransını keçirib.
Bu barədə “Sky Sports” yazıb.
Mətbuat konfransı zamanı pəncərəyə vurulan xüsusi “plyonka”nın yaratdığı səs Mourinyonu narahat edib. Ayağa qalxan məşqçi pəncərəyə yaxınlaşıb və “plyonka”nı söküb.
Xatırladaq ki, 58 yaşlı mütəxəssis mayın 4-də “Roma”ya keçib.
Jose Mourinho wasn't impressed with the lighting at his opening Roma press conference... 😂 pic.twitter.com/md1gMC4OYq
— Sky Sports News (@SkySportsNews) July 8, 2021