Avstriyanın Zalsburq federal əyalətində elektrik qatarı relsdən çıxıb. Nəticədə vaqonlardan biri Mura çayına düşüb.
Bu barədə TASS xəbər verib.
Bildirilir ki, qatarda 54 məktəbli olub, qəza nəticəsində onlardan 17-si müxtəlif dərəcəli xəsarət alıb.
Məktəblilərdən 9-u xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin həyati təhlükəsi olmadığı vurğulanıb.