Misli Premyer Liqasının XXIII turunda "Sumqayıt" səfərdə "Karvan-Yevlax"la bərabərə qalıb - 1:1.
Oxu.Az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matçda qonaqların heyətində Səbuhi Abdullazadə 51-ci dəqiqədə penalti zərbəsi ilə hesabı açıb.
Yevlax təmsilçisi 90+3-cü dəqiqədə bir xalı əldə edib. "Karvan-Yevlax" Coy Sleyd Mikelslə bərabərlik qolunu vurub.
"Sumqayıt" 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 8 xala malik "Karvan-Yevlax" isə sonuncu (12-ci).
Bu gün Misli Premyer Liqasında XXIII tura start veriləcək.
Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Autsayder "Karvan-Yevlax" azarkeşləri önündə "Sumqayıt"ı qəbul edəcək.
"Gənclik şəhəri" təmsilçisi hazırda 31 xalla altıncı, yeddi xala malik "Karvan-Yevlax" isə 12-cidir.
Misli Premyer Liqası
XXIII tur
7 mart
15:00 Karvan-Yevlax - Sumqayıt
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Zöhrab Abbasov.
Yevlax şəhər stadionu.