Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mundialdan sonra “böyük beşliy”in ən məhsuldar futbolçuları
Ötən ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən futbol üzrə dünya çempionatından sonra Avropanın “böyük beşlik” ölkələrinin ən məhsuldar oyunçuları müəyyənləşib.
“Report”un məlumatına görə, araşdırma zamanı futbolçuların daxili çempionat və ölkə kubokundakı göstəriciləri nəzərə alınıb.
Siyahıya İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Markus Reşford başçılıq edir. İngiltərə millisinin 26 yaşlı forvardı DÇ-2022-dən sonrakı 10 rəsmi qarşılaşmada rəqib qapılarına 10 dəfə yol tapıb. İkinci pillədə Mançester şəhərinin digər təmsilçisi “Siti”nin hücumçusu Erlinq Holand qərarlaşıb. Norveçli səkkiz görüşdə səkkiz qol vurub.
Fransa millisinin üzvləri Kilian Mbappe və Kərim Benzema hərəyə yeddi dəfə fərqləniblər. Lakin Mbappe həmyerlisinə nisbətən daha az oyunda bunu bacarıb.
1. Markus Reşford (“Mançester Yunayted”) – 10 oyun/10 qol;
2. Erlinq Holan (“Mançester Siti”) – 8/8, Kilian Mbappe (PSJ) – 5/7;
4. Kərim Benzema (“Real”) – 7/7;
5-6. Vissam Ben Yedder (“Monako”) – 4/6;
5-6. Ademola Lukman (“Atalanta”) – 4/6;
7. Eddi Nketia (“Arsenal”) – 6/6;
8. Riyad Marez (“Mançester Siti”) – 8/6.
"Fransa" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
- Tələsik imzalanan strateji tərəfdaşlıq sazişi Ermənistan xalqına ürəkaçan perspektivlər vəd etmir
- Fransa "Nestle"yə qarşı istintaqa başlayıb
- "Le Monde": "Fransanın dənizaşırı ərazilərinin 40 faizi yoxsulluq şəraitində yaşayır"
Rəylər