Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Müqaviləsi başa çatmayan futbolçu başqa komandaya hansı şərtlə keçə bilər?
Azərbaycan Premyer Liqasında (APL) müqavilə müddəti başa çatmayan futbolçunun komanda ilə yollarını ayırması və digər klubda çıxış etməsi müzakirə məsələsi olub. Bəs belə olan halda futbolçu hansı nüanslara diqqət etməlidir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Peşəkar Futbol Liqasının (PFL) mətbuat katibi Sənan Abdullayev bildirib ki, azad agent statusu alan istənilən futbolçu mövsümün qalan hissəsində başqa komandada çıxış edə bilər.
"Azərbaycanda yay transfer pəncərəsi sentyabrın 16-da gecə saat 23:59-a kimi davam edib. Sonuncu oyununu bu tarixə qədər keçirmiş istənilən futbolçu transfer pəncərəsi bağlandıqdan sonra azad agent statusu alarsa, digər komandada oynaya bilər", - deyə S.Abdullayev bildirib.
Anar Həsənov
"Peşəkar Futbol Liqası (PFL)" teqi üzrə xəbərlər
- PFL prezidenti növbəti dəfə əməliyyat olunacaq
- Azarkeşsiz oyunlar: "Pul qazanmaq üçün işə gedən adam stadiona gəlib vaxt itirmək istəmir"
- Misli Premyer Liqasında yanvar ayının ən yaxşı qolu bəlli olub
- "Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı
- Azərbaycan klubunda baş məşqçi ayrılığı – Cəmi üç ay çəkdi