Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Murad Musayev: “Ferentsvaroş”dan təklif almışdım, “Sabah”ı seçdim, peşman deyiləm”
Bakının “Sabah” futbol klubunun baş məşqçisi Murad Musayev Rusiyanı tərk etmək barədə verdiyi qərarın səbəbini açıqlayıb.
38 yaşlı mütəxəssis qeyd edib ki, Rusiyadakı futbol mühiti onun ürəyincə olmayıb:
“Düzünü desəm, Rusiyanı tərk etmək istəyirdim. Ətrafda futbol analitikası və oyunun təhlilindən daha çox, səs-küy var idi”.
Murad Musayev hazırda Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Ferentsvaroş”dan təklif aldığını da açıqlayıb.
“Adını çəkmək istəmədiyim Şərqi Avropa ölkəsindən olan klubla, həmçinin keçmiş SSRİ məkanında olan ölkələrin klubları ilə təmaslarımız olub. Bu gün mən başa düşürəm ki, “Sabah”ın təklifini qəbul etməklə doğru addım atmışam, peşman deyiləm və bütün diqqətimi futbola və sevimli işimə yönəltmişəm”.
Məlumat üçün qeyd edək ki, Murad Musayev 2021-ci ilin oktyabrından “Sabah”a rəhbərlik edir. Onun Azərbaycan klubu ilə müqaviləsi 2023-cü ilə qədərdir.
Mənbə: “Matç TV”
"Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Avrokuboklarda 2025-2026 mövsümünün ilkin təqvimi açıqlanıb
- UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub
- "Atletiko Madrid" 74 illik seriyanı təkrarlayıb
- UEFA Çempionlar Liqası ilə vidalaşan daha iki komanda bəlli olub
- Çempionlar Liqası: "Arsenal" və "Milan"dan qələbə, "Yuventus" "Mançester Siti"ni məğlub etdi