Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Musa Qurbanlının komandasından qələbə
Futbol üzrə İsveç çempionatında 16-cı turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, Musa Qurbanlının şərəfini qoruduğu “Yurqorden” doğma meydanda “Malmö” ilə qarşılaşıb.
Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Musa Qurbanlı işçi vizasını ala bilmədiyi üçün adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Xallarını 30-a yüksəldən “Yurqorden” 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.
"İsveç" teqi üzrə xəbərlər
Ən çox oxunanlar