Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

MÜSABİQƏ: AVRO-2024-ün finalçıları kim olacaq? - Təxminlərinizi sosial şəbəkə hesablarımızda yazın
Yayın əsas idman hadisələrindən biri - futbol üzrə Avropa çempionatı yeddi gün sonra start götürür.
Oxu.Az xəbər verir ki, AVRO-2024 iyunun 14-də Almaniya və Şotlandiya millilərinin matçı ilə başlayacaq.
Nəhəng idman hadisəsinə hazırlıqlar, maraqlı məlumatlarla yanaşı, Oxu.Az oxucularını həm turnirdə yer alan komandalar, onların heyətləri və şansları barədə hər gün eyni saatda - 14:00-da - təhlil materiallarını izləməyə, həm də sosial şəbəkə səhifələrində çempionatla bağlı MÜSABİQƏDƏ iştiraka dəvət edir.
Sadəcə, finalda hansı komandaların qarşılaşacağı barədə təxmininizi paylaşımımızda qeyd edin. Qalibi son yarımfinal oyunundan sonra - iyulun 11-də müəyyən edəcəyik.
AVRO-2024-də iştirak edəcək KOMANDALAR
A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə
B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya
C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə
D qrupu: Polşa, Niderland, Avstriya, Fransa
E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna
F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya
AVRO-2024-un oyun CƏDVƏLİ
14 iyun (cümə)
A qrupu: Almaniya - Şotlandiya (Münhen)
15 iyun (şənbə)
A qrupu: Macarıstan - İsveçrə (Köln)
B qrupu: İspaniya - Xorvatiya (Berlin)
B qrupu: İtaliya - Albaniya (Dortmund)
16 iyun (bazar günü)
C qrupu: Sloveniya - Danimarka (Ştutqart)
C qrupu: Serbiya - İngiltərə (Gelzenkirxen)
D qrupu: Polşa - Niderland (Hamburq)
17 iyun (bazar ertəsi)
D qrupu: Avstriya - Fransa (Düsseldorf)
E qrupu: Belçika - Slovakiya (Frankfurt)
E qrupu: Rumıniya - Ukrayna (Münhen)
18 iyun (çərşənbə axşamı)
F qrupu: Türkiyə - Gürcüstan (Dortmund)
F qrupu: Portuqaliya - Çexiya (Leypziq)
19 iyun (çərşənbə)
A qrupu: Şotlandiya - İsveçrə (Köln)
A qrupu: Almaniya - Macarıstan (Ştutqart)
B qrupu: Xorvatiya - Albaniya (Hamburq)
20 iyun (cümə axşamı)
B qrupu: İspaniya - İtaliya (Gelzenkirxen)
C qrupu: Danimarka - İngiltərə (Frankfurt)
C qrupu: Sloveniya - Serbiya (Münhen)
21 iyun (cümə)
D qrupu: Polşa - Avstriya (Berlin)
D qrupu: Niderland - Fransa (Leypziq)
E qrupu: Slovakiya - Ukrayna (Düsseldorf)
22 iyun (şənbə)
E qrupu: Belçika - Rumıniya (Köln)
F qrupu: Türkiyə - Portuqaliya (Dortmund)
F qrupu: Gürcüstan - Çexiya (Hamburq)
23 iyun (bazar)
A qrupu: İsveçrə - Almaniya (Frankfurt)
A qrupu: Şotlandiya - Macarıstan (Ştutqart)
24 iyun (bazar ertəsi)
B qrupu: Albaniya - İspaniya (Düsseldorf)
B qrupu: Xorvatiya - İtaliya (Leypziq)
C qrupu: İngiltərə - Sloveniya (Köln)
C qrupu: Danimarka - Serbiya (Münhen)
25 iyun (çərşənbə axşamı)
D qrupu: Fransa - Polşa (Dortmund)
D qrupu: Niderland - Avstriya (Berlin)
26 iyun (çərşənbə)
E qrupu: Ukrayna - Belçika (Ştutqart)
E qrupu: Slovakiya - Rumıniya (Frankfurt)
F qrupu: Çexiya - Türkiyə (Hamburq)
Anar Həsənov
"AVRO-2024" teqi üzrə xəbərlər
- Güləş üzrə Avropa çempionatı: Ruzanna Məmmədova məğlub oldu
- "Bavariya" gənc hücumçu ilə müqaviləni uzadıb
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı