Avropa Oyunlarını olduqca yüksək səviyyədə qəbul etmiş Azərbaycana təşəkkür etmək lazımdır. Bu, idmanın və ümumilikdə infrastrukturun inkişafına yönəlmiş böyük işdir.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Vitali Mutko jurnalistlərlə görüşdə deyib.
“Ölkələrin böyük turnirləri necə əldə etmələri ilə bağlı mübahisə aparmaq lazım deyil. Əksinə onlara bu cür məsuliyyəti öz üzərilərinə götürdüklərinə görə təşəkkür etmək lazımdır. Onların qarşısında şlyapa çıxartmaq lazımdır”, - nazir qeyd edib.