“Mançester Yunayted” Çempionlar liqasının 1/8 finalının ilk matçında “Sevilya” ilə heç-heçə edib.
Sevilyada keçən görüş 0:0 hesabı ilə başa çatıb, Oxu.Az xəbər verir.
Cavab matçı martın 13-də Mançesterdə keçiriləcək.
00:19
Moskvanın MOİK futbol klubu Avropa Liqasının 1/16 mərhələsinin cavab matçında Serbiya “Tsrvena Zvezda”sına qalib gələrək, turnirin növbəti pilləsinə yüksəlib.
Oxu.Az xəbər verir ki, görüş fevralın 21-də, Moskvada baş tutub və MOİK-in 1:0 hesablı qələbəsi ilə bitib.
Oyunda yeganə qolu birinci tayma əlavə olunmuş vaxtda Alan Dzaqoyev vurub.
Qeyd edək ki, fevralın 13-də Belqradda baş tutmuş ilk matç 0:0 hesablı heç-heçə ilə başa çatmışdı. MOİK-in 1/8 finaldakı rəqibi püşkatma nəticəsində müəyyənləşəcək.
A.B.
www.oxu.az