Milli komandamızın hücumçusu Namiq Ələsgərovun çıxış etdiyi “Bursaspor” Türkiyənin I divizionunda növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, komanda X turda “Balıkəsirspor”la üz-üzə gəlib.
Qarşılaşma “Bursaspor”un 2:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Ələsgərov 29-cu dəqiqədə görüşdə ilk qola imza atıb.
Bu, Namiqin Bursa təmsilçisinin heyətində rəsmi qarşılaşmalarda ilk qolu olub. Cinah yarımmüdafiəçisi 88-ci dəqiqədə əvəzlənib.
Doqquz oyundan sonra xallarının sayını 11-ə çatdıran “Bursaspor” 9-12-ci yerləri bölüşdürür.
Namiq Ələsgərovun qolunun videosunu təqdim edirik: