Maddi problemlə üzləşmiş və buna görə bir neçə legionerinin məşqlərə qatılmadığı Türkiyənin “Bursaspor” komandası sevindirici xəbər alıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Namiq Ələsgərovun çıxış etdiyi klub “Bursasporlu Sənayeçi və İş Adamları Dərnəyi”ndən (BURSİAD) dəstək görüb.
Qurum “Altınordu” ilə şənbə günü keçiriləcək ev oyunu öncəsi “timsahlar”a qələbə üçün mükafat veriləcəyini açıqlayıb. Bu mükafatın məbləği isə 50 min lirədir.
Qeyd edək ki, “Bursaspor”u 8 əcnəbi futbolçudan 3-ü tərk etməyib. Onlardan biri də azərbaycanlı Namiq Ələsgərovdur.
#BursasporİçinBirlikVakti pic.twitter.com/NC3XLCL3hR
— BURSİAD (@bursiad1963) February 2, 2022