Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Napoli" əzəli rəqibinin kapitanını transfer edir
İtaliyanın "Napoli" klubu A Seriyasının digər iştirakçısı "Yuventus"un 33 yaşlı müdafiəçisi və kapitanı Danilo Luisi transfer etməyə yaxındır.
Oxu.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, tərəflər futbolçunun keçidi ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir.
Neapol təmsilçisi braziliyalı futbolçunu yanvarda heyətə qatmaq niyyətindədir. "Yuventus"un direktoru Kristiano Kuntoli futbolçunun komandadan kənarlaşdırıldığını və onun yanvarın sonuna qədər özünə yeni iş yeri tapmalı olduğunu təsdiqləyib.
Qeyd edək ki, D.Luisin Turin təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 4 milyon avro qiymətləndirir.
"Yuventus FK" teqi üzrə xəbərlər
- Kenan Yıldız karyerasını İspaniya La Liqasında davam etdirə bilər
- UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ən yaxşısı kim olacaq?
- Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunlarının ən yaxşıları bəlli olub
- UEFA Çempionlar Liqası: "Yuventus" turniri tərk etməli oldu
- "Qalatasaray" və "Fənərbağça" klubları arasında derbi əcnəbilərə həvalə olundu