UEFA Çempionlar Liqasının beşinci turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" matçının baş hakimi polşalı Şimon Martsinyak olacaq.
Oxu.Az UEFA-nın saytına istinadən xəbər verir ki, ona öz həmyerliləri, yan hakimlər Tomaş Listkieviç və Adam Kupsik kömək edəcələr.
Baş hakimin videoassistenti (VAR) isə niderlandlı Pol van Bukel olacaq.
Xatırladaq ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-dən 26-a keçən gecə, saat 00:00-da Neapolun "Dieqo Armando Maradona" stadionunda keçiriləcək.