Azərbaycan atleti Nazim Babayev Tayvanda təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının qalibi adını qazanıb.
Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, həmyerlimiz üçtəkanla uzunluğa tullanma yarışının qızıl medalına layiq görülüb.
O, 17,01 m nəticə göstərməklə bütün rəqiblərini arxada qoyub. Babayev ən yaxın izləyicisini 4 sm qabaqlayıb.
Bununla da, Azərbaycan millisinin Universiadada qazandığı medalların sayı 8-ə çatıb. İdmançılarımız hələlik 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata yiyələniblər.
E.Ə.
www.oxu.az