"Döyüşə hazırlıqlarım əla gedir".
Oxu.Az xəbər verir ki, bunu Milli Gimnastika Arenasında baş tutacaq "UFC Fight Night" gecəsində Mateus Kamilo ilə qarşılaşacaq həmyerlimiz Nazim Sadıxov deyib.
O bildirib ki, hər zaman irəliyə baxır:
"Keçmiş döyüşlər haqda düşünmürəm. Dekabrda məğlub olduqdan sonra bir ay bu döyüş barədə düşünsəm də, sonradan ancaq irəliyə baxmağa başladım. Ən yaxşı döyüşlərim hələ irəlidədir. Düşünürəm ki, bütün komponentlərdə rəqibimdən güclüyəm. Mən müxtəlif üsullarla qələbə qazana bilərəm".
Xatırladaq ki, azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov son döyüşündə ötən ilin dekabr ayında UFC-də fransalı Fares Ziyama 2-ci raundda texniki nokautla məğlub olub.
Qeyd edək ki, iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq "UFC Fight Night"da gecənin əsas qarşılaşmasında yüngül çəkidə çıxış edən Rafael Fiziyev Manuel Torreslə üz-üzə gələcək.