Keçmiş məşhur azərbaycanlı futbolçu, yerli klubların keçmiş baş məşqçisi Nazim Süleymanov yeni vəzifəyə təyin edilib.
Oxu.Az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Azərbaycanın gənclərdən (U-19) ibarət yığmasının baş məşqçisi vəzifəsini tutacaq. Bu vəzifəni ondan öncə Nikolay Adam tuturdu.
O, Avropa çempionatının Elit raundunda komandamızın uğursuz çıxışından baş məşqçi kürsüsünü tərk edərək Hindistan yığmasına keçib.
F.H.
www.oxu.az