"Güləş Federasiyasının ümumi yığıncağı zamanı Federasiyanın son 4 illik fəaliyyət hesabatı dinlənildi və İcraiyyə Komitəsinin tərkibinə seçki keçirildi. Yığıncaq çərçivəsində güləş ictimaiyyətinin üzvləri ilə bu sahədə görüləcək işləri müzakirə etdik".
Oxu.Az xəbər verir ki, bu fikirlər iqtisadiyyat naziri, Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarovun "X" hesabındakı paylaşımında yer alıb.
"İnanırıq ki, güləş sahəsi növbəti illərdə də yüksək nəticələri ilə xalqımızı qürurlandırmağa davam edəcək", - deyə nazir bildirib.
Azərbaycan Güləş Federasiyasının (@wrestleaze) Ümumi Yığıncağı zamanı Federasiyanın son 4 illik fəaliyyət hesabatı dinlənildi və İcraiyyə Komitəsinin tərkibinə seçkilər keçirildi.
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 27, 2025
Yığıncaq çərçivəsində güləş ictimaiyyətinin üzvləri ilə bu sahədə görüləcək işləri müzakirə etdik.… pic.twitter.com/dAJGWDGGwi