Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

NBA-da yeni rekord qeydə alınıb
Milli Basketbol Assosiasiyasında (NBA) yeni rekord qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu, "Nyu-York Niks" və "İndiana" komandaları arasında keçirilmiş yarımfinal mərhələsinin ilk oyununda baş verib.
"İndiana" görüşün bitməsinə 2 dəqiqə 50 saniyə qalmış 14 xal geridə olub və daha sonra rəqibini 138:135 hesabı ilə üstələməyi bacarıb.
Bu isə NBA tarixinin pley-off mərhələlərində yeni rekorddur. Pley-offlarda 14 və daha çox xalla irəlidə olan kollektivlər indiyədək 970 qarşılaşmanın hamısında qalib gəliblər.
"İndiana" belə çətin vəziyyətdə qələbəni təmin edən ilk komanda olub.
"Milli Basketbol Assosiasiyası (NBA)" teqi üzrə xəbərlər
- İdman tarixində rekord sövdələşmə: "Leykers" 10 milyard dollara satıldı
- NBA-nın "Ulduzlar Oyunu" yeni formatda keçiriləcək
- NBA çempionu 45 min dollarlıq aylıq haqqı ödəmədiyi üçün evdən qovulub
- Keçmiş basketbolçu boksçu olmaq qərarına gəldi
- Lebron Ceyms 40 yaşında simvolik komandaya düşən ilk basketbolçu oldu
Ən çox oxunanlar