Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiya-Ukrayna danışıqlarının növbəti raundu harada keçirilə bilər?
"Ukrayna Rusiyanı əvvəl əsir mübadiləsinin şərtlərinin, daha sonra isə danışıqların yeni raundu üçün yerin müəyyənləşdirilməsinə çağırır".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Telegram" kanalında yazıb.
"Bizim mövqeyimiz aydındır: birinci addım "1000-nin 1000-ə" formatı üzrə əsirlərin mübadiləsinə dair razılaşma olmalıdır. İkincisi, Rusiya Federasiyasının nümayəndələri ilə növbəti görüş yerinin müəyyən edilməsidir", - deyə o bildirib.
Xatırladaq ki, iki ölkənin nümayəndə heyətləri arasında mayın 16-da İstanbulda son üç ildə keçirilən ilk danışıqlarda genişmiqyaslı əsir mübadiləsi ilə bağlı razılıq əldə olunub.
Qərb mediasında çıxan xəbərlər görə, danışıqlar üçün növbəti görüş Vatikanda baş tuta bilər. Belə bir təşəbbüslə Roma Papası XIV Leo çıxış edib. ABŞ Prezidenti Donald Tramp da Papanın təklifinə isti baxır.