Futbol üzrə Azərbaycan çempionatında 17-ci tura start verilib.
Oxu.Az-ın xəbərinə görə, günün ilk qarşılaşmasında “Keşlə” doğma meydanda “Sumqayıt”ı qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Oyunda hesabı 28-ci dəqiqədə “Keşlə”nin futbolçusu Amil Yunanov açıb. Matçın 73-cü dəqiqəsində Əfran İsmayılov hesabı bərabərləşdirib.
Qarşılaşmanın son dəqiqələrində isə Nikola Mitroviç penalti zərbəsini dəqiq yerinə yetirib və “Keşlə”yə qələbə qazandırıb.
Fevralın 17-də keçiriləcək daha bir qarşılaşma da isə, “Səbail” və “Sabah” komandaları üz-üzə gələcəklər.
Turnir cədvəli
| 1 | Neftçi | 17 | 38 |
| 2 | Qarabağ | 16 | 34 |
| 3 | Səbail | 16 | 24 |
| 4 | Qəbələ | 16 | 23 |
| 5 | Sabah | 16 | 20 |
| 6 | Keşlə | 17 | 15 |
| 7 | Sumqayıt | 17 | 15 |
| 8 | Zirə | 17 | 14 |