“Neftçi” klubu futbolçusu Anton Krivotsyukla müqavilənin müddətini daha iki il uzadıb.
Oxu.Az xəbər verir ki, 21 yaşlı sağ cinah müdafiəçisi 2022-ci il mayın 31-dək komandanın formasını geyinəcək.
Qeyd edək ki, Anton Krivotsyuk bu mövsüm 24 oyunda meydana çıxıb, dörd qola imza atıb.

Lakin əvəzində klubun haitili sol cinah müdafiəçisi Vild-Donald Qeryenin komandadan ayrılacağı dəqiqləşib. Ötən ilin sentyabr ayının 5-də “Neftçi” ilə bir illik müqaviləyə imza atmış “Qarabağ”ın sabiq futbolçusunun anlaşmasının müddəti başa çatıb. 31 yaşlı futbolçu “Instagram” hesabında etdiyi paylaşımla “Neftçi”yə təşəkkür edərək, karyerasında yeni macəraya başlayacağını bildirib.
View this post on InstagramTime for a new chapter #Thank you @pfcneftchi #was a pleasure
Onu da bildirək ki, “Neftçi”nin fransalı hücumçusu Baqaliy Dabonun klubla müqaviləsi başa çatıb. Yeddi qolla cari mövsümün dörd bombardirindən biri olan Dabonun Kiprin “Apollon” klubuna keçidi reallaşmaq üzrədir.
Səbuhi Musayev
"Neftçi PFK" teqi üzrə xəbərlər
- Misli Premyer Liqasında VII tur başlayır: "Neftçi" "Sabah"a, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı
- "Neftçi"nin futbolçusu Messi ilə birlikdə tarixə düşdü - Foto/Video
- Lixtenşteynlə oyundan əvvəl millimizin 7 futbolçusu heyətdən çıxarıldı
- "Qarabağ" - "Neftçi" matçının VAXTI AÇIQLANDI
- "Neftçi" beş yeni futbolçunu heyətinə cəlb etdi
Digər xəbərlər
