"Neftçi" qış təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçən klub Qazaxıstanın "Kayrat" komandası ilə üz-üzə gəlib.
Qarşılaşma "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə bitib. "Ağ-qaralar"ın heyətində Ağadadaş Salyanski (67), Vensan Abubakar (89) və Murad Məmmədov (90+2) fərqləniblər.
Qeyd edək ki, "Kayrat" hazırda Çempionlar Liqasının iştirakçısıdır və Liqa mərhələsində 1 xalla sonuncu - 36-cı sırada yer alıb.
"Neftçi" futbol klubu qış təlim-məşq toplanışında bu gün ilk yoxlama oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçən Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Qazaxıstanın "Kayrat" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.
Türkiyənin Antalya şəhərində toplanışda olan "Sumqayıt" klubu isə bu gün saat 16:00-da Macarıstanın "Pakş" komandası ilə qarşılaşacaq.