“Neftçi” PFK daha bir futbolçusu ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, qapıçı Rəşad Əzizli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, atası qapıçı məşqçisi Faiq Əzizov olan Rəşad Əzizli ötən mövsümdən çıxış etdiyi “Neftçi”nin heyətində 21 oyun keçirib.
Xatırladaq ki, “Neftçi” daha əvvəl Rəşad Eyyubovla yollarını ayırıb.
Səbuhi MUSAYEV