Bu gün Topaz Premyer Liqasında 33 turun 3 qarşılaşması keçirilib.
Oxu.Az xəbər verir ki, “Qarabağ” “Xəzər Lənkəran”ın qonağı olub və heç-heçəyə razılaşıb - 1:1.
“Qəbələ” səfərdə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.
Turun mәrkәzi oyunu isә “İnter Arena” da keçirilib. “İnter” “Neftçi”ni qәbul edib. Matç meydan sahiblәrinin 4:0 hesablı qәlәbәsi ilә başa çatıb.
Qeyd edək ki, tura sabah keçiriləcək “Bakı” - AZAL oyunu ilə yekun vurulacaq. “Araz Naхçıvan” çempionatdan çıхdığından “Simurq” bu turda istirahət edəcək.